Qarabağdan Bakıya su kəməri çəkiləcək - VİDEO

Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 kub kilometrdir. Bunun 2/3 hissəsi, yəni 20.0 kub kilometr tranzit axımın payına düşür, 10.0 kub kilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər, o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20-25 faizə qədərini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctima Şuranın üzvü Rövşən Abbasov qeyd edib ki, işğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından məhrum olub. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmayıblar.
R. Abbasovun sözlərinə görə, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyi üçün Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu.
Bu sular çox təmiz yeraltı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir.
Xatırladaq ki, Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyev bildirib ki, Qarabağdakı su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










