"Qarabağ"ın oyunundan sonra metro 9800 sərnişin DAŞIYIB

Fevralın 16-dan-17-nə keçən gecə Bakı metropoliteninin 3 - “Gənclik”, “Nərimanov” və “28 May” stansiyasının iş rejimi “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində oyunu ilə əlaqədar 1 saat uzadılıb.
Bakı Metropolitenindən Avtosfer.az-a verilən məlumata görə, oyunun başlanma saatları ərəfəsində sərnişinlərin rahatlıq və təhlükəsizliyini, ən əsası, səmti asanlıqla müəyyən edərək arenaya getməsini təmin etmək məqsədilə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışıb, qeyd edilən digər iki stansiyada da müvafiq tədbirlər görülüb.
Futbol oyunundan sonra üç stansiya ümumilikdə 9800-ə yaxın sərnişinə xidmət göstərib. Sərnişinlər mənzil başına çatdırılana qədər qatarlar xətlər üzrə hərəkət edib.
Ehtiyat qatarlardan istifadə olunub. Eyni zamanda gecə saatlarında intervalların sərnişin tələbatına uyğun tənzimləməsinə xüsusi diqqət yetirilib. Sərnişindaşıma ilə bağlı problem yaranmayıb.
Onu da əlavə edək ki, digər stansiyalar gecə saat 12-də sərnişinlərin girişinə bağlanılıb.
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO












