Qarğa bilib piyadanı vuran “Dəmir kişi” həbsdə öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb. Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Oada cəza çəkən “Dəmir kişi” ləqəbli Həsənov Rafiq Məhəmmədəli oğlu dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, məşhur “Rezonans” verilişində və bloqer Nail Kəmərlinin reportajlarında R. Həsənovdan müsahibə alınıb.
O, “Rezonans” verilişindəki çıxışında törətdiyi hadisə barədə danışıb. R. Həsənov bildirib ki, gecə saatlarında qızının evinə oğrular girib. O da özünün “QAZEL” markalı avtomobili ilə qızının evinə gedib. Bu zaman döngədə qəfil sərxoş piyadanı vurub. R. Həsənov verilişdə bildirib ki, işıq zəif olduğu üçün adam vurduğunu düşünməyib. Zənn edib ki, qarğa şüşəyə çırpılıb. Bir neçə gün sonra polis zəng edərək adam öldürdüyünü Rafiqə deyib. Ona məhkəmənin qərarı ilə 9 il həbs cəzası verilib.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











