Qatarlarda yeni sistemlər – Piyadalara XƏBƏRDARLIQ

Qatarlarda piyadaları və relslərdəki heyvanları xəbərdar edən sistemlər olacaq.
İsrailin dəmir yolu şirkəti (Rakevet Israel) lokomotivlərə sensorlardan istifadə edərək relslərdə olan obyektləri, həmçinin insanları və heyvanları görən xüsusi sistemlər quraşdıracaq.
Sensorların köməyi ilə sistem 2000 metrə qədər məsafədə relslərdə olan əşyaları, insanları və heyvanları görə biləcək. O termik aşkarlama əsasında işləyir. Bu da istənilən hava şəraitində və günün istənilən vaxtında relslərdə olan obyektləri müşahidə etməyə imkan verir.
Bu addım əsasən qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək üçündür.
Elektro-optik təhlükə xəbərdarlığı sistemləri süni intellektlə təchiz edilib. Onların quraşdırılmasının qatarların, eləcə də insanların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












