Qaxbaş kəndinin mərkəzi küçəsi əsaslı şəkildə yenidən qurulub - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qax rayonunun Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsini əsaslı yenidən qurub.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağı və yol əsasının tikintisi, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Eyni zamanda 3 940 kvadratmetr yeni piyada səkilərinin inşası, kənarlarına 2 200 p/m səki daşının düzülməsi işləri və ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi aparılıb.
Sonuncu mərhələdə yol birləşmələri təmir edilib, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkilib.
Qeyd edək ki, 1,1 kilometr uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni ortalama 7,5-8 metr olmaqla yol yatağının eni 10-12 metr təşkil edir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












