Qayıqda 2,5 ton narkotik və 2 meyit TAPILDI

Kolumbiya Hərbi Dəniz Qüvvələri iki cəsəd və 2,5 tondan çox narkotik maddə daşıyan əldəqayırma sualtı qayığı ələ keçirib.
Sakit okean dəniz zonasına nəzarət və təhlükəsizliyin təmin edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı yarımdalma tipli sualtı qayıq aşkar edilib. 2643 kiloqram kokain hidroxloridi daşıyan qayıq Mərkəzi Amerikaya gedirmiş.
Hərbçilər sualtı qayıqda həddindən artıq zəif vəziyyətdə olan iki nəfəri görüblər və həbs olunduqdan sonra onlara ilkin tibbi yardım göstəriblər.
İlkin məlumata görə, onlar gəmidə yanacaq sızması nəticəsində yaranan zəhərli qazlardan zəhərləniblər. Bundan əlavə, sualtı qayığın içərisində iki cəsəd tapılıb.
“Saxlanılanların hamısı, eləcə də narkotik vasitələr və ölənlərin cəsədləri Narinyo departamentinin Tumako kəndinə aparılıb və orada aidiyyəti orqanlara təhvil verilib... Hüquq-mühafizə orqanlarının fəaliyyəti sayəsində. 87 milyon dollardan çox vəsaitin narkotik ticarəti ilə məşğul olan təşkilatların xəzinəsinə daxil olmasının qarşısı alınıb”, - Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi vurğulayıb. (lent.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











