Qazaxda maşınlar və evlər su altında qalıb - VİDEO

Ermənistanla sərhəddəki Coğaz çayına selin gəlməsi Qazax şəhərinin giriş hissəsində yaşayış evlərinə və obyektlərə zərər verib.
Belə ki, rayonun şimal-qərb istiqamətindən gələn sel suları ilk olaraq Məzəm gölündə, daha sonra Abbasbəyli gölündə artıma səbəb olub. Nəticədə Coğaz sayında suyun çoxalması çayı məcrasından çıxarıb.
Sel rayon ərazisində heyvan bazarını, eləcə də avtomobillərin təmir sexlərini su altında qoyub. Təmir sexlərində olan bir neçə avtomobil də su altında qalıb.
Rayon Fövqəladə Hallar Komissiyası tədbirlərə başlayıb, texnika vasitəsilə iri kanallar çəkilərək sel sularının yaşayış məntəqəsinə girişinin qarşısı alınıb. Eləcə də Heydər Əliyev adına parkın sol sahilində suyun kəskin artması Diaqnostika Mərkəzini də sel təhlükəsi altında qoyub. Ərazidə işləyən texnika vasitəsilə görülən işlər nəticəsində mərkəz subasmadan xilas edilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












