Qobustanda itlər mühafizə postunun qarşısında güllələniblər - DİN-dən REAKSİYA

Qobustan rayonunda yerləşən “Diri Baba” türbəsinə gedən şəxslər itlərin güllələnməsi ilə qarşılaşıblar.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, dünən səhər saat 08:00-da “Diri Baba” türbəsinə gedən şəxslər maşını mühafizə postunun qarşısında yerləşən avtodayanacaqda saxlayan zaman itlərin güllələndiyini görüblər.
Qeyd edilib ki, hadisə ərazinin girişində mühafizə postunun qarşısında yerləşən avtodayanacqda olub.
İddia edilib ki, ağ maşın əraziyə daxil olub və maşında olan dörd nəfər şəxs pəncərəni açaraq itlərə atəş açıb.
Ətrafdakı reaksiyanı görən şəxslər maşınla hadisə yerindən uzaqlaşıblar.
Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ ilə bağlı Qobustan Rayon Polis Şöbəsinə rəsmi müraciət edilməyib:
“Yayılan iddialarla bağlı araşdırma aparılır. Hadisənin baş verib-verməməsi məqsədi ilə müvafiq araşdırmalar başlanılıb”.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











