Qazaxıstan taxılının Azərbaycandan Avropaya çatdırılması layihəsi təqdim olunub - FOTO

15-16 mart tarixlərində Qazaxstanın paytaxtı Astana şəhərində 40-dan çox ölkənin nümayəndə heyətinin iştirakı ilə "Avro-Asiya Kənd Təsərrüfatı məhsulları” adlı beynəlxalq konfrans keçirilib. Konfransda kənd təsərüffatı məhsullarının istehsalı, ixrac yolları və daşınma marşrutları ilə bağlı panel sessiyaları təşkil olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, QSC taxıl yüklərinin qısa və daha təhlükəsiz şəraitdə təyinat ölkələrinə çatdırılmasını təmin edən “Taxıl ekspresi qatarı” layihəsinin təqdimatını keçirib. Layihəyə əsasən Qazaxstanın taxıl məhsullarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Avropaya daşınmasının iqtisadi üstünlükləri digər alternativ marşrutlarla müqayisədə daha cəlbedicidir.
Belə ki, “Taxıl ekspresi qatarı” layihəsi taxıl məhsullarının Azərbaycandan keçməklə Türkiyə və Gürcüstan limanları vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur.
Konfransda iştirak edən “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov təklif edilən marşrut üzrə qurumun geniş potensialları haqqında konfrans iştirakçılarına geniş məlumat verib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO














