Qazaxıstanda banka silahlı hücum - insanlar girov götürüldü - VİDEO - YENİLƏNİB

Astanada xüsusi təyinatlılar bank filialında saxlanılan 7 girovu azad ediblər.
Qazaxıstan Daxili İşlər Nazirliyində Marat Axmetjanov bildirib ki, şübhəli şəxs saxlanılıb, girovlardan heç biri xəsarət almayıb. “Hər kəs həkimlər tərəfindən müayinə olunub. Girovlar və hücum edən şəxs yaralanmayıb”, - məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, Axmetjanov cinayətkarla özü danışıqlar aparıb, girovların azad edilməsi üzrə əməliyyata da rəhbərlik edib.
O, jurnalistlərə bildirib ki, xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. “Hazırda banka hücumi edən şəxs təcridxanaya yerləşdirilib”, - nazir bildirib.
***
Qazaxıstanın paytaxtı Astanada bankda insanlar girov götürülüb. Astana bankı Kaspi-ni ələ keçirən şəxs təşkilatın bütün maliyyə aktivlərinin əlil uşaqlar, yoxsullar və imkansızlar üçün fonda köçürülməsini tələb edib.
Bu barədə “Zvezda” Telegram kanalında məlumat verilib.
O, girovlara şərtlərini yerinə yetirmək üçün üç saat vaxt verib.
Eyni zamanda hücumçu girovları, o cümlədən yeddi qız və bir mühafizəçini öldürməklə hədələyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bankın Astanadakı filialının ətrafını mühasirəyə aldığı məlum olub .
Polis soyğunçu ilə danışıqlara başlayıb. Eyni zamanda, xüsusi təyinatlılar artıq Astanada bank binasına gəliblər. (unikal)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












