Qənirə Paşayeva İsgəndər Aznaurovun büstünün açılışında çıxış edib - FOTO - VİDEO

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şəmkirin Kür qəsəbəsində Azərbaycanın şəhid Milli Qəhrəmanı İsgəndər Aznaurovun adını daşıyan 1 saylı tam orta məktəbin qarşısında ucaldılmış büstünün əsaslı təmirdən sonrakı açılış mərasimində çıxış edib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbərliyi, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) rəhbərliyi və fəalları, qardaş Türkiyənin Gəncədəki Baş Konsulluğunun əməkdaşları, şəhid ailələri və qazilər, eləcə də Milli Qəhrəmanın döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Komitə sədri əslən Ahıska türkü olan, el arasında “Topçu İsgəndər” kimi tanınan, hələ sağlığında bir topçu zabit olaraq əfsanələşmiş İsgəndər Aznaurovun həyat və döyüş yolundan bəhs edərək, onu gənclərə örnək olaraq xarakterizə edib.
O, Milli Qəhrəmanın l Qarabağ müharibəsində topçu olaraq göstərdiyi qəhrəmanlıqların dillərdə dastan olduğunu deyib.
Q.Paşayeva baş leytenant İsgəndər Aznaurovun şəhid olmasının 30-cu ildönümündə minnətdarlıq və qürurla anıldığını vurğulayıb. O, qəhrəmanın adını daşıyan məktəbin həyətindəki büstünün əsaslı təmirində və 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsindəki açılış mərasiminin təşkilində əməyi keçən hər kəsə könül dolusu təşəkkür edib.
Dünyanın dörd tərəfindən Şəmkirdəki bu şərəfli mərasimə təşrif buyurmuş Ahıska kökənli qardaş-bacılarımızı məhəbbətlə salamlayan Komitə sədri, Azərbaycan həqiqətlərinin yayılmasındakı xidmətlərinə görə onlara xüsusi təşəkkür edib.
Q.Paşayeva büstün açılış mərasimindən sonra, mərasim iştirakçısı olan DATÜB fəalları, şəhid ailələri və qazilərlə görüşüb, geniş fikir mübadiləsi aparıb və onları Azərbaycan Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibəti ilə təbrik edib, ən xoş diləklərini yetirib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
















