Qərb Universitetinin məktəbi şagirdlərə attestat vermir?

“Qərb Universiteti Tam Orta Məktəbi”nin 11-ci sinfi bitirmiş bəzi şagirdlərə attestat verməməsi haqda məlumatlar yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, şagirdlərə 2 il ərzində ödəniş etmədikləri üçün bu addımın atıldığı deyilib. Amma valideynlər ödənişin nağd qaydada məktəbin rəsmi şəxsinə verildiyini qeyd ediblər: “Necə ola bilər ki, özəl məktəbdə şagird ödəniş etmədən 2 il təhsil alsın, qidalansın?!”
Məsələyə “Qərb Universiteti Tam Orta Məktəbi” özü də reaksiya verib. Məktəbin adından sözügedən paylaşıma yazılan şərhdə məsələyə belə aydınlıq gətirilib: “Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz şagirdin - Adilzadə Emil Eldar oğlunun təhsilhaqqı ödənilmədiyi üçün artıq məktəb tərəfindən məhkəməyə müraciət olunub və yaxın günlərdə işə məhkəmədə baxılacaq. Eyni zamanda bildiririk ki, qanunvericiliyə uyğun olaraq təhsilhaqqı ancaq nağdsız qaydada qəbul olunur və qeyd olunan şagirdin valideynləri bu haqda məlumatlıdırlar. Belə ki, əvvəlki illərin təhsil haqları həmin şagirdin valideyinləri tərəfindən məktəbin bank hesabına ödənilib”.
Problemlə bağlı daha geniş açıqlama vermək üçün məktəbə sorğu ünvanlasaq da, hələ ki, müraciətimizə cavab verilməyib.
Qeyd edək ki, sözügedən məktəb Qərb Universitetinin nəzdində fəaliyyət göstərir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












