Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə çağırır

“Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ərazi iddiasından əl çəkməsi üçün Ermənistana ciddi təzyiqlər etməlidir”.
Avtosfer.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda əksini tapıb.
Bildirilib ki, Ermənistan hökuməti bu ölkədən qovduğu azərbaycanlıların qayıtmasına imkan vermir və onların mədəni irsini dağıtmaqda davam edir:
“Ermənistan azərbaycanlıların öz evlərinə qayıtmasına hazırlıq məqsədilə üçün BMT-nin missiyasını və Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməkdən imtina edir. Bundan əlavə, Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab vermir. Bu azmış kimi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmağa davam edir. Bu ölkənin Xarici İşlər Nazirliyi bu gün Azərbaycana hansısa missiyanın göndərilməsinə dair çağırış etmiş və Azərbaycanı etnik təmizləmə aparmaq niyyətində olmaqda ittiham etmişdir. Beynəlxalq hüququn prinsiplərinə, o cümlədən, ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını dəfələrlə bəyan etmiş İcmamızın dialoq çağırışına cavab verməyən və öz ərazisində bir nəfər də olsun azərbaycanlı qoymamış Ermənistan hökumətinin Azərbaycan tərəfinin etnik təmizləmə niyyətində olması kimi absurd iddia irəli sürməsi və insan hüquqlarından danışması ən mənfur riyakarlıqdır. Bütün bunlar Ermənistanın Azərbaycanafob siyasətini və Azərbaycana qarşı ərazi iddiasını bariz şəkildə göstərir”.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı, bu məqsədlə BMT və UNESCO-nun missiyalarını qəbul etməyi tələb edir. İcma həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa zidd davranışlardan, o cümlədən, bizim qayıdış hüququmuza əngəl törətməkdən və Azərbaycana qarşı ərazi iddiasından çəkindirmək üçün bu ölkəyə ciddi təzyiqlər etməyə çağırır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












