"Qərbi Azərbaycanlıların Berlin konfransı vətənə və ölkə başçısına sadiqliklərinin nümunəsidir"

“Qərbi Azərbaycan İcması və Almaniya Azərbaycanlıları Alyansının birgə keçirdiyi “Beynəlxalq Hüquqda qayıdış və repatriasiya: konsepsiya və məzmun” mövzusunda konfransın sonunda qəbul edilən Berlin bəyannaməsi həm soydaşlarımızla həmrəylik, həm də Qərbi Azərbaycana qayıdış istiqamətində atılan addımlar baxımından önəmli bir tarixi hadisədir”.
Bu fikirləri Moderator.az-a Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev deyib.

“Böyük tarixi və siyasi çəkisi olan Berlin bəyannaməsinin qəbul edilməsinin və Qərbi Azərbaycan İcmasının ölkə hüdudlarından kənardakı ilk mötəbər tədbirinə ev sahibliyi etməyin qürurunu yaşayırıq. Tədbirdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzə yaxın, Qərbi Azərbaycandan olan yüksək ixtisaslı ziyalıları, eləcə də gəncləri görmək, onların Vətən sevgisini hiss etmək, müasir bilik və bacarıqlarını təmənnasız olaraq cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər, o cümlədən Qərbi Azərbaycana Qayıdış konsepsiyasının uğurla həyata keçməsi istiqamətində ortaya qoymalarını duymaq fərqli qürur hissi verirdi” - deyə N. Abdullayev əlavə edib.
N.Abdullayev bildirib ki, tədbir çərçivəsində Berlin bəyannaməsinin qəbulu ilə yanaşı Xarici ölkələrdə yaşayan Qərbi Azərbaycanlılardan ibarət işçi qrupu da yaradılıb:

“Böyük fəxr hissi ilə deyə bilərəm ki, işçi qrupunda mən də yer alıram və haqq səsimizi dünyaya çatdırmaqda əlimdən gələnləri əsirgəməyəcəyəm. Berlin bəyannaməsinin qəbulu və eləcə də yüksək ixtisaslı kadrlardan ibarət işçi qrupunun yaradılması həm də onu göstərir ki, Qərbi Azərbaycanlılar harada yaşamaqlarından asılı olmayaraq hər zaman vətənə, xalqa, cənab Prezident İlham Əliyevə sadiqdirlər və onun yürütdüyü strateji siyasəti hər zaman dəstəkləyirlər”.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











