Qətərdə həmvətənlərimiz avtoyürüş təşkil edib - FOTO

Azərbaycanın şanlı qələbəsi münasibətilə Qətərdəki Azərbaycan diasporunun təşəbbüsü ilə Doha şəhərində avtoyürüş təşkil edilib.
Bu barədə Diasporla iş üzrə dövlət komitəsi məlumat yayıb.
Azərbaycan, Türkiyə və Qətər bayraqlarının dalğalandırıldığı tədbirdə uşaqdan böyüyə hər kəs “Şuşa Azərbaycandır”, “Qarabağ Azərbaycandır”, “Biz qalibik” kimi şüarlar nümayiş etdiriblər. Həmvətənlərimiz Qarabağın gözü olan Şuşa şəhərində, eyni zamanda işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılmasından qürur duyduqlarını və qazanılan qələbəyə görə şanlı Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hər üç ölkənin bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin küçələri boyunca hərəkət edib.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












