Qəza nəticəsində yanlış əməliyyatın qurbanı olan yeniyetmə öldü - VİDEO

Ötən ilin noyabr ayında avtomobil qəzası səbəbiylə xəstəxanaya yerləşdirilən 17 yaşlı yeniyetmə dünən günorta saatlarında dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin sevgisini qazanan Ümüd Əhmədov “Medera Hospital”da yanlış əməliyyatın qurbanına çevrilib. Belə ki, proses icra olunan zaman mərhum yeniyetmənin nəfəs və qida borusu yırtılıb. Nəticədə qidalanmadan məhrum olan Ümüd, 7 ay ərzində 90 kq-dan 20 kq-a düşüb. Anasının sözlərinə görə, xəstəxana aylarla onu yubadaraq yenidən əməliyyat edəcəklərini, daha sonra Türkiyəyə yollayacaqlarını bildirib. Əlavə olaraq məlumat verən ana daha sonra xəstəxananın dediyi sözlərə əməl etməyərək “Get kimə şikayət edirsən et. Sən bilirsən bizim arxamızda kim dayanır?” ifadələriylə kənara çəkildiyini bildirib. Son çarə olaraq sosial mediaya üz tutan qadın insanlara müraciət edərək onlardan kömək istəyib. Toplanılan ianələr nəticəsində yeniyetmənin əməliyyatı üçün nəzərdə tutulan pul yığılıb. Lakin, Türkiyədə əməliyyatı nəzərdə tutulan mərhumun dünən ürəyi dayanıb.
Qeyd edək ki, “Medera Hospital”la bağlı çoxsaylı şikayətlər gəlsə də, xəstəxana fəaliyyətini davam etdirir.
Nərmin
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












