Qırğızıstandan Azərbaycana damazlıq yaklar gətirildi - FOTO

Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır. Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.
Damazlıq heyvanlar seçildikdən sonra onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb. Yaklar bu qəfəslərdə təyyarə ilə Azərbaycana gətirilib, Bakıdan irihəcmli yük maşınları ilə dislokasiya nöqtəsinə aparılıb.
Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Hazırda heyvanların yerli şəraitə adaptasiyası prosesi davam edir. Açıq ərazilərdə bəslənəcək yaklar mütəxəssis nəzarətində saxlanır.
Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir.
Yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir.
Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.







ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











