Maşına zorla mindirilərək qaçırılan qadın: “Uşaqdan xəbər yoxdur, getmədiyim polis idarəsi qalmayıb” - VİDEO

“Bir aydan çoxdur ki, mən övladımdan heç bir xəbər ala bilmirəm”.
Bu barədə Elvina Əhmədova bildirib.
Onun sözlərinə görə, o uşağı barədə məlumat ala bilməməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edib:
“Dəfələrlə ora gedib uşağımdan məlumat ala bilməməyimlə bağlı şikayət etmək istəsəm də, qeydə alınmadı. Heç kim kömək etmir, uşağımdan xəbər yoxdur. Balama görə getmədiyim polis idarəsi, hüquq-mühafizə orqanı qalmayıb. Gecəm-gündüzüm ağlamaqla keçir. Mənim həyatım da təhlükədədir. Yəqin ki, mənə nəsə olandan sonra hüquq-mühafizə orqanları cinayət işi açacaqlar”.
Xanımın vəkili Zibeydə Sadıqova isə bildirib ki, E.Əhmədova 7-ci Polis Bölməsinə gedib və uşağının öz atası tərəfindən qaçırılması ilə bağlı şikayət etmək istəyib:
“7-ci Polis Bölməsinin əməkdaşları onun şikayətini qeydə almayıb, hətta qadını bölmədən zorla çıxarıblar”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, vəkilin şikayətçi xanımın polis bölməsindən zorla çıxarılması kimi iddiaları həqiqəti əks etdirmir:
“Belə ki, həmin şikayətçi xanım müraciəti ilə əlaqədar Polis Bölməsinə dəvət olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq ərizəsi, izahatı alınıb. Atası tərəfindən qaçırıldığı bildirilən uşaq deyil, bu, 23 yaşlı ailəli xanımdır. O, bir neçə dəfə Bakı şəhərinə gələrək evə qayıtmayacağını bildirib.
Ona görə də bu il fevral ayının 24-də atası, həyat yoldaşı və qayınanası onu Binəqədi rayonu ərazisində taparaq avtomobilə otuzdurub evlərinə aparıblar. Bundan sonra xanım polis bölməsinə müraciət edərək atası tərəfindən qaçırıldığını bildirib. Hazırda məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılır”.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda qadın zorla maşına mindirilərək qaçırılıb. Qadını boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












