Qızıl tabutla basdırıldı - FOTO

Ailəsi və İngiltərədəki qaraçı icmasının “kral”ı kimi tanınan Frenk Tompson bərk qızıl tabutda torpağa tapşırılıb. Avtosfer.az Ölkə.az-a istinadla xəbər verir ki, o, döş qəfəsinin infeksiyasından dünyasını dəyişib. Ailəsi qaraçı ənənələrinə sadiq qalaraq Tompson üçün dəbdəbəli dəfn mərasimi hazırlayıb. Qızıl tabutun qiymətinin altı rəqəmli olduğu, xərcin xaricdən maliyyələşdirildiyi və gəlişinin həftələr çəkdiyi bildirilir. Tabut 6 gün ərzində lüks avtomobillə İngiltərənin müxtəlif yerlərində ailə və dostlarının qəbiristanlıqlarına aparılıb.
Sonda Tompsonun cənazəsi Cənubi Londondakı qəbiristanlıqda dəfn edilib. Bir il ərzində onun üçün nəhəng mərmər məzarın tikiləcəyi açıqlanıb.
"O, çox böyük bir ailənin başçısı idi, ailənin şahı idi, hamı ona pərəstiş edirdi. Biz ona ən yaxşı tabutu hazırlatmaq istədik”, - deyə ailə dostlarından biri söyləyib.
Qeyd edək ki, Frenk Tompson 2011-ci ildə üç şəriki ilə birlikdə yaşlı insanların yollarını və səkilərini düzəldəcəklərini vəd edərək dələduzluq yolu ilə 1,3 milyon funt-sterlinq vəsaiti ələ keçiriblər.
Dəstə yaşlı insanları hədsiz rüsum ödəməyə məcbur edib və sistematik fırıldaqçılıq ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib.
Tompson və onunla əlbir olan şəxslər yutub videosu ilə ifşa olub. Belə ki, onlar yaşlıları necə aldadaraq plunu aldıqlarına dair video çəkərək paylaşıblar.

\

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












