Qlobal aviasiya sənayesində baş verənlər: Bilet qiymətləri niyə artır? - ARAŞDIRMA

Yanacağın qiymətinin artması dünyada bir çox balansları dəyişib. Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Rusiyaya qarşı embarqolar dünyanın bir çox ölkəsində təbii qazın qiymətini artırıb. Müharibədən ən çox təsirlənən sektorlardan biri də aviasiya sektorudur. Həm bəzi hava məkanlarının bağlanması, həm də artan xərclər sektoru çətin vəziyyətə salıb. Müharibədən əvvəl COVID-19 səbəbindən bir çox ölkələr sərhədlərini bağladı və təyyarə uçuşları ləğv edildi. Peyvənd və sərhədə giriş qaydalarının yumşaldılması ilə işlər normallaşmağa başladı. Lakin hələ də qlobal aviasiya sənayesində hmühitin əvvəlki kimi olduğunu söyləmək çətindir. London, Sinqapur və Doha kimi mərkəzlərdən istənilən sayda təyyarə havaya qalxmır. Asiya və Avropada epidemiyadan əvvəlki doluluq nisbətlərinə nail olunmayıb.
2020-ci ildn bu günə qədər sektorun 187 milyard dollar itirdiyi təxmin edilir. Üstəlik minlərlə də insan işdən çıxarılıb. Xüsusilə Qərbi Avropa ölkələrində həyat şəraitinin pisləşməsi səbəbindən yay aylarında hava limanlarında keçirilən tətillər gündəmi zəbt etmişdi.
Biznes sinif reyslərinin qiymətləri 100 faizə qədər artıb. İqtisadiyyatda da ciddi artımlar var. Keçən ilin sentyabrında ABŞ-Avropa istiqamətində həyata keçirilən bir tərəfli ekonom sinifdə uçuş 428 dollara başa gəlib. 2019-cu ilin sentyabrındabu qiymət 390 dollar idi.
COVID-dən əvvəlki dövrlə müqayisədə dünyada həftəlik uçuş sayı 100 mini keçməyib. Dekabrın ilk günlərində həftəlik uçuşların sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq 616 min 300-ə düşüb.
Uçuşların qiyməti bahalaşıb və tələbat azaldıqca ümumi sərnişin tutumu da artır. 2019-cu ilin 2 dekabr həftəsində ABŞ-dan Qərbi Avropaya 14 milyon sərnişin tutumu olduğu halda, 2022-ci ilin eyni həftəsində bu tutumun 12,3 milyona qədər azaldığı müşahidə edilib.
2022-ci ilin əvvəlindən Azərbaycanın əsas hava limanı-Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib. Ümumilikdə, göstərilən müddət ərzində ölkənin hava limanlarında beş milyona yaxın sərnişinə xidmət göstərilib. Cari ilin noyabr ayında Bakı hava limanının xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.
Azərbaycanın milli aviadaşıyıcısı “AZAL” sərnişin aviaşirkəti və “Buta Airways” aşağıbüdcəli sərnişin aviaşirkəti tərəfindən noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28% və 14% təşkil edib.
2022-ci ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin, AZAL və Buta Airways ilə yanaşı, Türkish Airlines, Aeroflot, Utair, FlyDubai və Azimuth aviaşirkətləri tərəfindən daşınıb.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2023-cü ildə vəziyyətin tam bərpa olunacağını gözləyir. IATA-nın illik toplantısı bu il Qətərin paytaxtı Dohada keçirilərkən qurumun direktoru Villi Uolş “2023-cü ildə bütün sənaye mənfəət əldə edə bilməlidir. Biz geri qayıdırıq. Gələn il sərnişin sayı pandemiyadakı dövrü üstələyəcək".
Aviaşirkətin mühüm problemlərindən biri borclarıdır. İATA üzvlərinin qısa və uzunmüddətli maliyyə öhdəliklərinin cəminin 650 milyard dollar olduğu təxmin edilir. Böyük aviaşirkətlər hazırda işçilərin ixtisarını nəzərdə tutmur. "Qatar Airways"in baş direktoru Əkbər Əl-Baker deyir ki, onun 7000 vakant yeri var. "Emirates" Hava Yollarının baş direktoru Tim Klark hər bir şirkətin 2023-cü ili mənfəətlə bağlaya biləcəyinə əmin olmadığını, lakin bəzilərinin 2025-ci ilə qədər vəziyyətin düzələcəyini qeyd edib.
Sektorda böyük miqyaslı ixtisarlar nəzərdə tutulmasa da, köməkçi pilot olmadan tək pilotlu uçuşlar gündəmdədir. Bunun səbəbi təkcə ixtisarla bağlı deyil, ikinci pilotların başqa uçuşlara yönəldilməsidir. Almaniya və Böyük Britaniya da daxil olmaqla 40 ölkə Birləşmiş Millətlər Təşkilatına tək pilotlu uçuşların genişləndirilməsi üçün lobbiçilik edir. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) 2027-ci ildə belə bir tətbiqdən keçə biləcəklərinə işarə edib.
Azvision.az













