Qubada 21 min manatlıq metal oğurlayanlar tutulub

Qubada 21 min manatlıq metal oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayonun Ağbil kəndi ərazisində olan köhnə sənaye obyektindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar.
Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 ədəd mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı oğurlamaqla ümumilikdə zərərçəkmişə 21 000 (iyirmi bir min) manat yaxın ziyan vurublar.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hər üç şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












