Qubada təcili yardım maşınlarında videomüşahidə ilə yardım olacaq - FOTO

Quba rayonunda təcili tibbi yardım maşınlarında xəstələrə videomüşahidə ilə anında yardım aparmaq mümkün olacaq. Bu barədə oxu.az-a Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov deyib. O bildirib ki, pilot layihə ilk dəfə Qubada tətbiq edilir.
Ə.Sərvərov onu deyir ki, hazırda iki təcili tibbi yardım maşınına kamera quraşdırılıb:
“Bu, imkan verir ki, xəstənin profilinə uyğun xəstəxanada olan həkim təcili yardım həkiminə anında müdaxilə etməsi üçün göstərişlər versin. Anında yardım göstərilməklə həm xəstənin həyatı qurtarılır, həm də o ən yaxın tibb mərkəzinə çatdırılır”.
Direktor bildirib ki, layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilib:
“Uğurlu olarsa, respublika üzrə tətbiqi nəzərdə tutulur. Bu ölüm hallarının azalmasına səbəb olacaq. Məsələn, layihənin tətbiqinə başlanandan Qubada ölüm hallarında kifayət qədər azalma var”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












