Quru sərhədlər bu tarixdə açıla bilər - AÇIQLAMA

“Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumdünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.
Avtosfer.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev qeyd edib. Deputatın fikrincə, quru sərhədlərin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil:
“Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətindən çıxmayıb. Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər.
Quru sərhədlərin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra biləcəyi də nəzərə alınırdı.
Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin bütövlüyü və suvereliyini qorumaq üçün quru sərhədlərinin bu günə qədər bağlı qalması vacibliyi nəzərə alınırdı. İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın”.

Bizim.Media
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












