Quru sərhədləri nə vaxt açılacaq?

"Xüsusi karantin rejiminin uzadılmasına rəğmən ötən müddətdə xeyli məhdudiyyətlərin aradan qaldırılması və yumşaldılmasını müşahidə etdik. Bizim də təklifimiz ondan ibarətdir ki, quru sərhədlərinin mərhələli açılması ilə bağlı müzakirələr davam etdirilsin".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Operativ Qərargah tərəfindən həm ölkəmizdə, həm də qonşu dövlətlərdə epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərinin mərhələli açılması ilə bağlı qərarın verilməsi məqsədəuyğun olardı:
"İlk növbədə Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mərhələli şəkildə tam açılması reallaşa bilər. Nəzərə alsaq ki, hər iki ölkədə epidemioloji vəziyyət nəzarətdədir və onlar Azərbaycanın strateji tərəfdaşlarıdır. Bütün bunlar imkan verir ki, həmin ölkələrlə quru sərhədlərinin mərhələli açılması ilə bağlı qərar verilsin. Quru sərhədlərinin açılması həm də iqtisadi məsələdir. Bu, turizmin inkişafı, eləcə də vətəndaşlarımızın xaricə daha asan və az xərclə səfərləri baxımından vacibdir. Qardaş Türkiyə və qonşu Gürcüstanla strateji əlaqələrimizi nəzərə alsaq, bu istiqamətdə quru sərhədlərinin açılması məqsədəuyğundur", - deyə deputat vurğulayıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












