Ramiz Novruzun oğlu: “Atam maşınla oğlumu vurdu”

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz atasının xəstəliyi ilə bağlı bir detalı açıqlayıb.
Avtosfer.az sherg.az-a istinadən xəbər verir ki, bu barədə o, "Səhər mərkəzi" verilişində qonaq olarkən danışıb.
Cavidan deyib ki, 3 il əvvəl atası bilmədən oğlunu maşınla vurub: "Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə peyda oldu. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, bu proses 2019-dan başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. O da sevincək qaça-qaça çıxanda maşın vurdu. Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşının sürücüsü atamdır. Bu da təsadüf idi, yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə idi. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Mənə inanın ki, ondan sonra oldu".
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











