Regionda ən keyfiyyətsiz su Azərbaycandadır - Nə etməli?

“Azərbaycanda içməli suyun keyfiyyətinin analizinin nəticələri sanitariya normalarına, tələb olunan standartlara cavab vermir”.
Bunu Qaynarinfo.az-a açıqlamasında “Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini Xosrov Musayev ABŞ-nin Yel Universitetinin “Dünyanın Su Xəritəsi” adlı hesabatında regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. O bildirib ki, beynəlxalq ekspertlərin fikirlərinə görə, Azərbaycanda 40% su çirklidir, 80%-i isə keyfiyyətsizdir:
“Sular analiz olunmalıdır. Artezianlar qurulur, onlar quraşdırılandan sonra oradan çıxarılan sular analiz olunmalıdır, sanitariya tələblərinə uyğun olması yoxlanılmalıdır. Yalnız bundan sonra ondan içməli su kimi istifadə etmək olar”.
Xosrov Musayev hesab edir ki, bu gün əsas problem suyun analiz olunması ilə bağlı qurğuların müasir standartlara cavab verə bilməməsidir: “Suyun keyfiyyətinə nəzarət olunmalıdır, bu gün bunu görmürük. Bir dəfə tədbirdə dedim ki, suya nəzarət edən orqanlar heç vaxt suyun analizini aparmırlar, bu, onların vəzifə borcudur. Suyun yoxlanılması ilə bağlı standartlar da köhnədir. Bizə bu gün yeni standartlar, müasir dövrün tələblərinə uyğun olan qurğular lazımdır”.
Xosrov Musayevin fikrincə, öncə suyun tərkibində elementlər yoxlanılmalıdır: “Bu tərkibin insan orqanizminə ziyanı olub-olmadığı test olunmalıdır”.
Qeyd edək ki, ABŞ-nin Yel Universiteti “Dünyanın Su Xəritəsi” adlı hesabatında regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olmasını üzə çıxarıb. Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Bu şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52,3 bal, Ermənistanda 61,7 bal, Rusiyada 55,8 bal, İranda 48,8 bal, Türkiyədə 47 bal dəyərində qiymətləndirilib. Qərb ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında qiymətləndirilib.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











