Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşdü - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və yerli innovasiya ekosisteminin fəal üzvləri arasında dəyirmi masa keçirilib.
Avtosfer.az-a xəbər verir ki, tədbirdə yerli startap icması, innovativ həllər və rəqəmsal inkişaf mühitinin inkişaf etdirilməsinə dəstək olan şirkətlərin rəhbərləri, rəsmi qurumlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə innovasiya və startap ekosisteminin cari vəziyyəti, müasir çağırışlar, problemlər istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Rəşad Nəbiyev çıxışında ekosistemin inkişafı, gücləndirilməsi ilə bağlı görülən işlər, bu sahədə tətbiq olunan strategiyalar barədə danışaraq İKT sahəsində yaradılan yeni imkanların əhəmiyyətini önə çəkib.
Sonra tədbir iştirakçıları arasında interaktiv müzakirə baş tutub.
Nazir və digər rəsmi şəxslər ekosistemdə gedən proseslər, yeni biznes mühitinin yaradılması ilə bağlı islahatlar, vergi sistemində innovativ şirkətlərin fəaliyyətinə tətbiq edilən imtiyazlar haqqında auditoriyanın suallarını cavablandırıblar.



Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











