Revanşizmin güzgüsü: Diplomatların Qarabağa səfəri Ermənistanda niyə isterika doğurdu? - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatların sentyabrın 11-12-də Qarabağa və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri İrəvanda proqnozlaşdırılan, lakin bundan az səciyyəvi olmayan reaksiya doğurub.
Avtosfer.az xəbər verir ki, 58 dövlət və 9 beynəlxalq təşkilatdan olan təqribən 150 nümayəndə Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcəri şəxsən görüb, regionda aparılan bərpa işlərinin miqyasını, mülki infrastrukturun dirçəldilməsini və obyektiv mənzərəni öz gözləri ilə qiymətləndiriblər.
Qonşuluq münasibətlərini dəstəklədiyini bəyan edən hər hansı dövlət üçün beynəlxalq ictimaiyyət tərəfindən sərhədlərdə sabitliyin və inkişafın qeydə alınması müsbət siqnal olmalıdır, lakin erməni media seqmenti bu hadisəni həmişəki kimi zəhər, qıcıq və köhnəlmiş ştamplar kaskadı ilə qarşılayıb.
Ermənistanın informasiya agentliklərinin lentlərinə, profilli "Telegram" kanallarına və bloqosferasına nəzər salmaq kifayətdir ki, "çox əziyyət çəkənlərin" bütün ağrılarının dərinliyi üzə çıxsın. Diplomatik korpusun Şuşaya və ya Xankəndiyə istənilən rəsmi səfəri İrəvanın media resursları tərəfindən dərhal "işğal olunmuş ərazilərə səfər", "Bakının təbliğat şousu" və ya "növbəti diplomatik maxinasiya" kimi qələmə verilir.
Xüsusi qıcıq və narazılığa bu dəfə diplomatların Ağdərə rayonundakı qədim Gəncəsər monastır kompleksini ziyarət etməsi səbəb olub.
Erməni kanalları səfirlər üçün təşkil olunan tarixi ekskursiyalarla bağlı istehza və təhqiramiz şərhlər dərc etməyə can atıb, beynəlxalq nümayəndələrin Azərbaycan torpağında olmasını şübhə altına almağa çalışıblar. Ayrı-ayrı bloqetlər və müxalifət resursları o həddə çatıblar ki, onlarla ölkənin diplomatlarını "şəriklikdə", öz diplomatik idarələrinin rəhbərliyini isə dünyanın addım-addım yeni geosiyasi reallığı tanıması və möhkəmləndirməsi qarşısında aciz qalmaqda ittiham ediblər.
Bu isterik reaksiya sadəcə olaraq informasiya narazılığının təzahürü deyil. Bu, Ermənistan cəmiyyətinin və onun siyasi sinfinin hələ də revanşizm virusuna dərindən yoluxduğunun ən bariz göstəricisidir.
İrəvanın rəsmi kabinetlərində "sülhməramlılıq", "müqavilə bəndlərinin razılaşdırılması" və "kommunikasiyaların açılmasına hazırlıq" haqqında nə qədər ritual xarakterli ifadələr səsləndirilsə də, erməni media məkanının real kollektiv şüursuzluğu əksini nümayiş etdirir.
Orada hələ də Azərbaycanın ölkənin bütün qanuni ərazisi üzərində dövlət suverenliyini tam, qəti və geri dönməz şəkildə bərpa etdiyi fundamental faktı qətiyyən qəbul etmək istəmirlər. Reallığı nostalji miflərlə əvəz etmək cəhdi onunla üz-üzə gəlir ki, Avropadan Asiyayadək beynəlxalq birlik bu status-kvonu qeydə alıb və Azərbaycanın öz əzəli torpaqlarına hüququnu şübhə altına almır.
Erməni mediasının uydurma dünyası ilə sərt reallıq arasındakı məhz bu ağrılı uçurum Azərbaycanın Ermənistanda konstitusiya referendumunun keçirilməsi ilə bağlı sərt tələblərinin mütləq əsaslılığını və məntiqini bir daha əyani şəkildə sübut edir. Bakı erməni əsas qanununun dəyişməsində diplomatik kapriz ucbatından təkrar-təkrar təkid etmir; o, çox gözəl başa düşür ki, indiki sülh İrəvan tərəfindən yalnız hərbi və iqtisadi dalana dirənmək təzyiqi altında qəbul edilib.
İşğalçı kontingenti darmadağın edildikdən sonra Ermənistanın başqa yolu yox idi. Lakin alternativi olmadığı üçün rəhbərlik tərəfindən qəbul edilmiş məcburi sülh ilə xalqın özünün seçdiyi şüurlu sülh tamamilə fərqli şeylərdir.
Ermənistanın qüvvədə olan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən İstiqlal Bəyannaməsinə birbaşa istinadlar formal hal deyil, gələcək nəsillər üçün qoyulmuş minadır. Bu sənəd erməni dövlətinin hüquqi əsası olaraq qaldığı müddətcə, İrəvanın hazırkı hakimiyyətinin istənilən təminatları onların çap olunduğu kağız parçasından qiymətli deyil.
Diplomatların Qarabağa səfəri ətrafındakı bugünkü reaksion səs-küy birbaşa təsdiq edir ki, əgər sabah geosiyasi konyunktura dəyişərsə, erməni cəmiyyəti asanlıqla "revanş" şüarlarını qaldıracaq, çünki mental olaraq onlardan heç vaxt əl çəkməyib.
Konstitusiyanın dəyişdirilməsi üzrə ümumxalq referendumu erməni cəmiyyətinin real niyyətlərini yekun olaraq üzə çıxaracaq yeganə lakmus kağızıdır. Maskaları çıxarıb birbaşa cavab vermək vaxtıdır. Referendum göstərəcək ki, erməni xalqı Azərbaycana qarşı ərazi iddiaları səhifəsini həmişəlik bağlamağa, sərhədi tanımağa və regional inteqrasiyanın tamhüquqlu hissəsinə çevrilməyə hazırdır, yoxsa vətəndaşların şüurunda hələ də yeni eskalasiya dövrü ilə bağlı təhlükəli ümidlər yaşamaqdadır.
Əgər ermənilər həqiqətən də kürsülərdən ucadan bəyan etdikləri sülh istəyirlərsə, onların Azərbaycanın suverenliyini şübhə altına alan hüquqi formulalardan yapışmaq üçün heç bir səbəbi olmamalıdır.
Xankəndi və Şuşanın küçələrində gəzişən xarici diplomatlar isə öz addımları ilə keçmiş illüziyalar sisteminə hökm oxuyurlar. Azərbaycan aeroportlar tikir, tunellər çəkir və keçmiş məcburi köçkünləri doğma ocaqlarına qaytarır. İrəvan isə gec-tez seçim etməli olacaq: ya öz tarixi illüziyalarının və sosial şəbəkələrdəki zəhərli postların girovu olaraq qalmalı, ya da cəsarət тоpıb referenduma qatılmalı və dünyaya Ermənistanın həqiqətən də gizli iddialar və özgə ərazilər olmadan yaşamağa qadir olduğunu sübut etməlidir. (Mənbə: 1news.az)
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır










