Bu ölkə PARÇALANA BİLƏR

Böyük Britaniyada krallığın tamamilə parçalanması prosesinə təkan verə biləcək tarixi addım atılır.
Avtosfer.az “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, sentyabrın 14-də Uelsin paytaxtı Kardiffdə Şotlandiya, Uels və Şimali İrlandiyanın hökumət rəhbərləri bir araya gələrək müstəqillik referendumları tələb edən birgə bəyannamə imzalayacaqlar.
Bunun fonunda Baş nazir Endi Bernem deputatlara bildirib ki, əhalinin aydın çoxluq təşkil edəcəyi təqdirdə Şotlandiyada yeni referendumun keçirilməsinə icazə verəcək. Qeyd olunur ki, may seçkilərinin nəticələrinə əsasən, tarixində ilk dəfə olaraq hər üç muxtar regionda müstəqillik tərəfdarı olan partiyalar hakimiyyətə gəlib.
Məsələyə ABŞ rəhbərliyi də münasibət bildirərək Vahid İrlandiyanın yaradılmasını dəstəkləyəcəyini və Şimali İrlandiyanın İrlandiya ilə birləşməsinin tez və ya gec baş verəcəyini bəyan edib.
Uelsin keçmiş birinci naziri Mark Dreykford isə vurğulayıb ki, 40 illik neoliberal siyasətin krallıq daxilindəki bağları zədələməsi səbəbindən hər üç regionun Böyük Britaniyadan ayrılması qaçılmaz ola bilər.
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO












