“Rheinmetall” F-35 qırıcılarına detal istehsalı üçün danışıqlar aparır

Almaniyanın “Rheinmetall” müdafiə konserni F-35 döyüş təyyarələri üçün hissələrin istehsalında “Lockheed Martin” və “Northrop Grumman” şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə cümə günü alman şirkətinin saytında məlumat verilib.
Bildirilib ki, “Lockheed Martin” və “Northrop Grumman” F-35-in mərkəzi gövdəsi üçün perspektivli strateji təchizat mənbəyi kimi “Rheinmetall” ilə niyyət sənədi imzalayıblar.
Qeyd edək ki, F-35 Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən, tək pilotlu, tək mühərrikli döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün yaradılıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib.
apa
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












