"Roman Abramoviç yaxtalarını gizlədib" - "Forbes"

Rusiyalı milyarder Roman Abramoviçin bəyan edilməmiş bir neçə əmlakı var.
Avtosfer.az xəbər verir ki, bu haqda məlumatı “Forbes” Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi yayıb.
“Forbes” iddia edir ki, iş adamının ofşor şirkətləri və etimad fondları vasitəsilə qeydiyyatdan keçmiş ən azı on yaxta və qayığı var.
Bu yaxtalardan altısının ümumi dəyəri ən azı 1 milyard dollar səviyyəsində qiymətləndirilir. “Forbes”in məlumatına görə, Roman Abramoviçin qayıqlarından səkkizi hazırda Türkiyənin Bodrum şəhərində olan 427 milyon dollarlıq “Eclipse” meqayaxtasına xidmət etmək üçün istifadə olunur.
“Forbes” iddia edir ki, Abromoviç Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasından 3 həftə öncə gizli aktivlərini ofşorlarda yerləşdirib. Bu aktivlərin dəyəri ən azı 4 milyard dollar qiymətləndirilir. Roman Abramoviç öz aktivlərini ofşor şirkətlərə Qərb hökumətlərinin Ukraynada silahlı münaqişə baş verəcəyi təqdirdə rus oliqarxlarına qarşı sanksiyalar tətbiq etmək planları barədə xəbərdar etməsindən bir neçə gün sonra təhvil verib.
Hərbi əməliyyat başlamazdan əvvəl Roman Abramoviçin sərvəti 18 milyard dollar qiymətləndirilirdi. 2022-ci ilin mart ayında o, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. Dekabr ayından isə Kanada milyarderin 26 milyon dollarlıq əmlakının həbsi və müsadirəsi prosesinə başlayıb.
“Forbes” bildirir ki, 2022-ci ilin sonundakı hesablamalarına görə, sanksiyalardan və aktivlərin ofşorlara ötürülməsindən sonra Abramoviçin sərvəti təxminən 8 milyard dollar düşüb.
Sfera.az
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı








