Ruhi Əliyeva gənc müğənniyə dəstək oldu - FOTO

"Bu gənc və gözəl qızımızı 3 ildir virtual tanıyıram. Fəal izləyicilərimdən biridir. Canlı yayımlarımın birində məlahətli səsi ilə mahnı oxumuşdu. İstiqanlı, canayaxın danışığı, ürəyəyatan səsi ilə hər kəsin könlünü oxşamışdı."
Bu fikirləri Ruhi Əliyeva özünün " facebook" səhifəsində yazıb: "Onunla dəfələrlə görüşmək üçün zaman ayırsam da, ertələmək məcburiyyətində qalmışdım. Ortaya pandemiyanın gərgin günləri, daha sonra Vətən Müharibəsi və ondan sonrakı həyəcanlı dönəmlər düşdü. Ertələmələrimizə rəğmən, Ədilə davamlı mənə yazdı. Uğurlarını, işlərini paylaşdı. Görüşümüzü israrla gözlədi.Nəhayət, qismət bu günə imiş. Bu illər ərzində uğurları kimi Ədilə özü də böyüyüb. Zəhmətkeş və fədakar anası onu çox gözəl yetişdirib. Həm onu, həm də anasını tanımağımdan çox məmnun oldum.
Ədilənin ən böyük arzusu geniş konsert salonlarında çıxış etmək, xaricdə Azərbaycan musiqisini təbliğ etməkdir. Bu ülvi arzusunu həyata keçirməsi üçün daim onun yanında olacam! Yolun açıq olsun, gözəl balam!





Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












