Rumıniya üzərindəki UNO qırıcıları görən kimi yoxa çıxdı

Rumıniya Hərbi Hava Qüvvələri çərşənbə axşamı hava monitorinqi sistemi səmada meteoroloji aerostata bənzəyən uçan naməlum obyekti qeydə aldıqdan sonra iki döyüş təyyarəsini havaya qaldırıb.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Rumıniya Hərbi Hava Qüvvələrinin hava monitorinq sistemi çərşənbə axşamı ölkənin cənub-şərqində milli hava məkanında təqribən 11 min metr hündürlükdə uçan, hərəkət xüsusiyyətlərinə görə meteoroloji hava şarına oxşar olan kiçik hava hədəfi aşkar edib.
NATO komandanlığı altında döyüş növbətçiliyini yerinə yetirən Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-21 təyyarəsi Fetesti aviabazasından havaya qalxaraq hədəfə doğru hərəkət edib. Lakin təyyarənin ekipajları nə vizual olaraq, nə də hava radarlarında hava hədəfinin olduğunu təsdiqləməyib. Qırıcılar vəziyyəti tam aydınlaşdırmaq üçün bazaya qayıdıblar”, - məlumatda bildirilib.
oxu.az
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB










