Rus və erməni pilotlar 50 metr hündürlükdən uçdu

Rusiya aviabazasının pilotları, Cənub Hərbi Dairəsinin hərbi bazasının Hava Hücumundan Müdafiə zenit bölmələrinin ekipajları və Ermənistan Müdafiə Nazirliyinin hərbi heyəti hava məkanının mühafizəsi üzrə təlim tapşırıqlarını yerinə yetirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Təlimlər zamanı hava məkanını pozanları imitasiya edən şərti hava hədəflərinin aşkarlanması və tutulması üzrə tədbirlər işlənib hazırlanıb. Hava Hücumundan Müdafiə bölmələrinin hərbi qulluqçuları döyüş növbətçiliyi zamanı hava məkanının mühafizəsi üzrə hərəkətləri yerinə yetiriblər. Növbətçi qrupların təlim uçuşları 50-60 min metr hündürlükdə identifikasiya sistemləri söndürülməklə müxtəlif sürətlərdə həyata keçirilib. Təlim zamanı Cənub Hərbi Dairəsinin birləşməsinin yerləşdirildiyi ərazidəki hava xətlərinin və hissələrin əhatə olunmasına xüsusi diqqət yetirilib”, - məlumatda deyilir.
Axar.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












