Rusiya Çindən PUA-lar ala bilər

Çin istehsalı olan kamikadze dronları Kiyevə və Ukraynanın digər iri şəhərlərinə zərbələr endirmək üçün istifadə oluna bilər.
Bu barədə hərbi tarixçi, NATO-nun PUA-lar üzrə müşaviri Ceyms Rocers bildirib.
Onun sözlərinə görə, ZT-180 dronları haqqında çox az şey məlumdur. Bununla belə, qərbli analitiklər bilirlər ki, bunlar birdəfəlik istifadəyə yararlı sursatlardır və hədəfləri məhv etmək üçün onları daha dəqiqliklə vurmaq məqsədilə tətbiq oluna bilər.
O, əlavə edib ki, Çin ZT-180-lərinin uçuş məsafəsi İranın Şahed-136-larının uçuş məsafəsi ilə eynidir. Onlar Rusiya və ya Belarus ərazisindən “Ukraynadakı, o cümlədən Kiyevdəki hədəflərə kifayət qədər rahat zərbələr endirmək üçün” yaralıdır.
Rogers vurğulayıb ki, Çin PUA-ları universaldır və onlar Ukraynanın paytaxtı kimi mülki mərkəzlərə, eləcə də döyüş meydanındakı hədəflərə qarşı istifadə oluna bilər.
“Biz bilirik ki, hansı növ hava hücumundan müdafiə vasitələri yerləşdirilməsindən asılı olmayaraq, bu dronların onları keçə bilər. Və belə görünür ki, rusiyalılar hazırkı strategiyalarını ikiqat gücləndirmək istəyirlər”, - Rocers izah edib.
oxu.az
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












