Rusiya Gürcüstan ilə birbaşa aviareysləri bərpa edə bilər

"Rusiya lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək və bu ölkənin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə qərar qəbul edə bilər".
“Report” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivlərinə gəlincə, lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbulunu istisna etmirik”, - diplomat bildirib.
O həmçinin bildirib ki, Gürcüstanın bu il üçün iqtisadi artım proqnozu əsasən turizm, pul köçürmələri və Rusiya ilə ticarətdən əldə edilən əhəmiyyətli gəlirlər sayəsində ikirəqəmli səviyyəyə yüksəldilib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, 2019-cu il iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana hava daşımaları həyata keçirmək müvəqqəti olaraq qadağan edilib. Həmin tarixdə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin Gürcüstan aviaşirkətlərinin Rusiyaya uçuşlarının dayandırılması ilə bağlı qərarı qüvvəyə minib.
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR












