Rusiya hərbçiləri Ukraynada insanları öldürərək əylənirlər - ANBAAN VİDEO

Ukrayna polisi Qostomel yaxınlığındakı “insan ovu”nu həyata keçirən rusiyalı hərbçilərdən beşinin kimliyini müəyyənləşdirib.
Bu barədə tanınmış rusiyalı bloqer Rüstəm Adaqamov özünün sosial şəbəkə hesabından məlumat verib.
O, paylaşımına həmin anların əks olunduğu kadrları da əlavə edib.
Bloqerin sözlərinə görə, görüntülər 2022-ci il fevralın 25-nə aiddir. Videoda Krasnoyarsk OMON-un döyüşçülərinin bir neçə saat ərzində yoldan keçən maşınları atəşə tutması əks olunub.
“Bu əclaflar özləri üçün safari turu təşkil edərək əyləniblər”, - deyə o, qəzəblə yazıb.
Adaqamov həmin günü azı 11 nəfərin öldüyünü, daha 15 nəfərin isə yaralandığını bildirib.
“Ölənlər arasında Rusiya, Almaniya vətəndaşı və Daxili İşlər Nazirliyinin Buça şəhəri üzrə idarəsinin iki əməkdaşı da var”, - deyə o əlavə edib.
Videonun sonunda Ukrayna polisi “insan ovu”nda iştirak edən Rusiya Milli Qvardiyasının hərbçilərinin kimliyini açıqlayıb.
“Ümid edirəm ki, nə vaxtsa onlar törətdikləri cinayətin cəzasını alacaqlar”, - deyə Adaqamov sözlərini yekunlaşdırıb.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












