Rusiya Jurnalistlər Birliyinin katibi: “Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edirik”

Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda minanın partlaması nəticəsində üç nəfərin ölməsi və bir neçə nəfərin yaralanması ekspert və jurnalist cəmiyyətində də reaksiyaya səbəb olub. Həlak olanlar AzTV kanalının operatoru Sirac Abışov, AZƏRTAC xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir.
Rusiya Jurnalistlər Birliyinin katibi Rafael Hüseynov bununla bağlı Caliber.Az-la söhbətləşib.
O qeyd edib ki, xüsusilə münaqişə ocaqlarında media nümayəndələrinin işinin təhlükəsizliyinə diqqət yetirmək lazımdır:
“Təəssüf ki, bir faciə baş verdi. Və bu, ümumiyyətlə, heç bir qarşıdurmanın olmadığı bir yerdə baş verdi. Biz Ermənistanı xəritələri (minalanmış ərazilərin-red.) paylaşmağa çağırırıq. Bu cür yerlərdə işləməyin təhlükəli olmasını düşünmək çox vacibdir”.
R.Hüseynov əlavə edib ki, vaxtilə “Komsomolskaya Pravda”nın hərbi şöbəsinin redaktoru olaraq bir neçə dəfə Əfqanıstana uçub və orada nələrin baş verdiyini görüb:
“Əlbəttə itkilər də var idi, ancaq ölənlərin sayı az idi”.
Mütəxəssis bildirib ki, razılığın şərtləri həyata keçirilməlidir:
“Azərbaycan və Ermənistan istənilən halda yanaşı yaşayacaqlar. Sərhəd hər iki tərəfin razılığı ilə qurulacaq. Ötən ilin noyabrında Rusiyanın iştirakı ilə əldə edilmiş razılaşmaları həyata keçirilməlidir”.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












