Rusiya kosmosda zədələnən gəminin ekipajını təxliyə edə bilər
Xəbərlər
20 Dekabr 2022 22:30

Rusiya “Soyuz MS-22” kosmik gəmisindəki zədələr aradan qaldırılmasa, rusiyalı kosmonavtlarının gəmidən təxliyə edilməsini ehtiyat variant kimi nəzərdən keçirir.
Bu barədə "Roskosmos" Dövlət korporasiyasının rəhbəri Yuri Borisov bildirib.
Onun sözlərinə görə, mütəxəssislər uçuşun təhlükəsiz və müntəzəm başa çatması üçün mümkün olan hər şeyi edirlər, lakin “Soyuz MS-23” fevralın 19-da uçuşa hazır ola bilər.
“Vəziyyət başqa ssenari üzrə getsə, əlbəttə ki, bizim ehtiyat variantımız var: "Soyuz MS-23” kosmik gəmisi hazırlanacaq, pilotsuz rejimdə stansiyaya bağlanacaq və ekipajı geri qaytaracaq”, deyə Borisov qeyd edib. (apa)
Oxunub : 1748
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












