Rusiya Naxçıvana dəmiryolunun tezliklə açılmasının tərəfdarıdır

Rusiya ümid edir ki, Rusiya, Ermənistan və Azərbaycandan ibarət üçtərəfli işçi qrupu tezliklə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı razılığa gələ biləcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Biz Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması üzrə danışıqlar prosesinin gedişindən danışdıq. Ümid edirik ki, tezliklə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu marşrutunun istifadəsinin bərpası ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklər"- Lavrov bildirib.
O qeyd edib ki, ötən il Azərbaycan və Rusiya prezidentləri 7 dəfə görüşüb və 12 dəfə telefonla müzakirələr aparıblar. Ölkələrimiz arasında müzakirələrin intensivliyi bu il də eyni tempdə saxlanılıb: "Hökumətlərarası və parlamentlərarası münasibətlərimiz də inkişaf edir. Proqnozlara görə rekord sayda ticarət dövriyyəmiz qeydə alınacaq. Biz də praktiki cəhətdən əlaqələrimizi gücləndirərək meqa layihələrlə buna nail olmaq istəyirik".
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












