“Rusiya növbəti kütləvi hücuma hazırlaşır” - Ukrayna kəşfiyyatı

"Rusiya Ukraynaya qarşı növbəti kütləvi hücuma hazırlaşır".
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
O bildirib ki, qarşı tərəfin aviasiyası hücuma hazırlıq görür: "Rusiyanın kütləvi hücumu yanvarın 9-10-da ola bilər. Növbəti hücum üçün hazırlıq prosesi davam edir".
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi söyləyib ki, hava şəraiti də yüksək dəqiqlikli silahlardan istifadə üçün əlverişlidir.
Qeyd edək ki, Rusiya ordusu dekabrın 29-dan yanvarın 1-dək Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib.
Ukrayna Prezident Volodimir Zelenski deyib ki, Rusiya gecə vaxtı həyata keçirdiyi hücumlarla Ukraynanın hava hücumundan müdafiəsini məhv etməyə çalışır.
Xatırladaq ki, Ukrayna kəşfiyyatı Rusiyanın raketlərinin tükəndiyini bəyan edib. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












