Moskvada dronların uçuşları qadağan edildi

Rusiyanın paytaxtı Moskvada pilotsuz uçuş aparatlarına (PUA) qadağa qoyulub.
Bu barədə paytaxt meri Sergey Sobyanin “Telegram” hesabında paylaşım edib.
Bildirilib ki, Moskva hakimiyyəti pilotsuz uçuş aparatlarına qadağa qoyub.
“Bu gündən etibarən Moskva şəhərində pilotsuz uçuş aparatlarının buraxılmasına qadağa qoyulması barədə qərar qəbul olundu. Dövlət hakimiyyəti orqanlarının qərarları ilə istifadə edilən PUA-lar istisna təşkil edir”, - deyə məlumatda qeyd edilib.
Nəzərə çatdırılıb ki, bu qərar hüquq-mühafizə orqanlarının işini çətinləşdirə biləcək dronlardan icazəsiz istifadənin qarşısını almaq məqsədilə qəbul edilib.
Sobyanin əlavə edib ki, dronlardan icazəsiz istifadə qanun pozuntusu hesab edilir və buna görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. (oxu.az)
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












