Rusiya Polşa yük maşınlarının öz ərazisindən keçməsini qadağan etməyi təklif edib

Dövlət Duması Polşa yük maşınlarının iyunun 1-dən Rusiya ərazisindən keçməsini qadağan etməyi təklif edib
Avtosfer.az xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının Nəqliyyat üzrə Komitəsinin rəhbəri Yevgeni Moskviçev çıxış edib.
O bildirib ki, yükdaşıyıcıların Polşadan Rusiyaya girişinə qadağa qoyulması üçün hökumətə müraciət göndərib.
Bu tədbir Rusiyanın Varşavadakı səfirliyindəki məktəbin ələ keçirilməsinə cavab olaraq qiymətləndirilir.
“Rusiya Federasiyasının sərhədinə, ən yaxın gömrük terminalına gəlsinlər və yükü boşaltsınlar və ya yenidən bizim yük maşınlarımıza boşaltsınlar”, - deyə Moskviçev bildirib.
Həmçinin qeyd edilir ki, Avropa İttifaqı tərəfindən analoji tədbir 2022-ci ilin martından qüvvədədir.
Xatırladaq ki, aprelin 29-da Varşava meriyasının nümayəndələri Rusiya səfirliyindəki məktəb binasına soxulub, daha sonra təhsil müəssisəsinin qapılarını bağlayıblar.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












