Rusiya, Suriya və Türkiyə XİN başçıları Moskvada görüşə bilər
Xəbərlər
9 Yanvar 2023 08:00

Rusiya, Suriya və Türkiyə xarici işlər nazirləri yanvarın 11-də Moskvada görüşə bilər.
Bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti yazıbNəşrin yazdığına görə, yanvarın 4-də Dəməşqə səfər edən və Suriya lideri Bəşər Əsədlə görüşən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan da görüşdə iştirak edə bilər. Qəzet yazır ki, əldə olunan razılığa əsasən, Moskvada keçirilən danışıqlarda Rusiya, Suriya və Türkiyə prezidentlərinin iştirakı ilə zirvə görüşünə hazırlıq da müzakirə oluna bilər.
"BƏƏ belə sammitin keçirilməsi üçün yer təklif edib. Üçtərəfli sammit Moskvada baş tutsa, Əmirliyin yüksək rütbəli nümayəndəsi də həmin görüşdə iştirak edə bilər", - deyə “Asharq Al-Awsat” qəzeti yazıb. (apa)
Oxunub : 1220
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












