Rusiya təyyarələri hücumdan müdafiə zonasına daxil oldu

Rusiya təyyarələri Yapon dənizi ərazisində Seul tərəfindən birtərəfli qaydada yaradılan hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, təyyarələr yerli vaxtla saat 09:20 radələrində (Moskva vaxtı ilə 03:20) əraziyə daxil olub və zonanı tərk edib.
Buna cavab olaraq Cənubi Koreya tərəfi döyüş təyyarələrini havaya qaldırıb.
Bununla belə, Seul Rusiya tərəfinin hava məkanını pozmaq niyyətində olmadığını açıqlayıb.
Qeyd edək ki, hava hücumundan müdafiə identifikasiyası zonası Seul tərəfindən birtərəfli qaydada yaradılıb və digər dövlətlər üçün hüquqi öhdəliklər yaratmır. Koreya Respublikası bu ərazidə təyyarələrin uçması barədə bildiriş tələb edir və hava məkanı pozulmasa belə, müntəzəm olaraq təyyarələri havaya qaldırır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












