Rusiyada azərbaycanəsilli bloqer "Subo"nun vergi borcu artdı

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer "Subo"nun (əsl adı - Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu artıb.
Avtosfer.az kp.ru-ya istinadən xəbər verir ki, hazırda onun borcu məbləği 89.8 milyon rubldan çoxdur (təxminən 1.9 milyon manat).
Qeyd edək ki, bu ilin iyulunda artıq "Subo"ya qarşı xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. İşin başlandığı vaxt onun Federal Vergi Xidmətinə olan borcu 50 milyon rubl olub.
Məlumata görə, bloqer 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
İstintaq materiallarına əsasən "Subo" qohumları ilə birlikdə 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə vergidən yayınma sxemi hazırlayaraq həyata keçirib.
"Subo" Birləşmiş Ərəb Əmirliklərinə köçdükdən sonra pulların yuyulmasına, əmlakın satışına kömək edən "Subo"nun qardaşı və atasına qarşı da vergidən yayınma ittihamı irəli sürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












