Rusiyada azərbaycanlını öldürən polisin xanımının yalanı üzə çıxdı

Rusiyanın Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi ehtiyatsızlıq səbəbindən qətlə yetirmiş yol polisinin həyat yoldaşına qarşı hədə-qorxu gəlinməsi barədə xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, polis müfəttişi Aleksandr Qusyevin həyat yoldaşı Natalya Qusyeva vəkilinin məsləhəti ilə ictimaiyyətin diqqətini özünə və ərinin həbsinə cəlb etmək üçün yalan bəyanatla çıxış edib. Əslində isə nə o, nə də qohumları heç kim tərəfindən hədələnməyib.
Xatırladaq ki, hadisə mayın 28-da baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Aleksandr Qusyev haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. ///qafqazinfo
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












