Rusiyada benzin və dizel qıtlığı yarandı

Rusiyanın bir çox regionlarında ayrı-ayrı yanacaqdoldurma məntəqələrində benzin və dizel qıtlığı yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Məsələ ilə bağlı Energetika Nazirliyi açıqlamasında məlumatı təsdiqləyib: "Rusiyanın cənubuna yanacağın tədarükü ilə bağlı problem həqiqətən də mövcuddur, bu, turizm mövsümündə dəmir yollarının yüksək iş yükü ilə bağlıdır".
Nazirlik neft şirkətlərinə müstəqil olaraq ölkənin kənd təsərrüfatı rayonlarında dizel yanacağının kiçik topdansatış qiymətlərini tədarük etmək və saxlamaq imkanlarını tapmağı tövsiyə edib. Öz növbəsində, Energetika Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi də regional neft bazalarında kənd təsərrüfatı məhsulları istehsalçılarının yanacaqla təmin olunması problemini həll etməyə çalışır.
Qeyd edək ki Həştərxan, Saratov, Samara, Ryazan, Rostov, Novosibirsk və Volqoqrad vilayətlərində, Xabarovsk diyarında, Krım və Kalmıkiya respublikalarında benzin və dizel qıtlığı müşahidə olunur.
Unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












