Rusiyada Cubqa-Soçi avtomobil yolu bağlanıb - VİDEO

Rusiyada A-147 Cubqa-Soçi avtomobil yolunun bəzi hissələrini su basıb. Yolun hərəkət hissəsinə ağaclar aşıb, sürüşmə meydana gəlib. Nəticədə nəqliyyatın hərəkəti dayanıb.
Bu barədə Tuapse rayon administrasiyasının “Telegram” kanalında məlumat verilib.
Qeyd edək ki, Soçidə üç gündür yağış yağır. Bazar gününə keçən gecə Xostinski rayonuna 80 millimetrə yaxın, bazar ertəsi gecə isə Adler rayonuna daha 100 millimetr yağıntı düşüb. Daşqın həm kurort şəhərinin özündə, həm də Sirius federal ərazisində baş verib.
Soçinin Xostinski və Adler rayonları, eləcə də Sirius federal ərazisində bələdiyyə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Demək olar ki, 600 nəfər təxliyə edilib. Yerli sakinlər və turistlər də daxil olmaqla, 364 nəfər Soçidə müvəqqəti məskunlaşıb. (oxu.az)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











