Rusiyada yeni neonasist qruplaşma yarandı: Hədəfdə azərbaycanlılar da var

Moskvanın "Aviapark" ticarət mərkəzində "Özəl Hərbi Şirkət" Redan"ın üzvləri olan yeniyetmələrin iştirakı ilə qeydə alınan davasına görə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, qeyri-rəsmi qruplaşma üzvlərinə qarşı polisə səkkiz şikayət edilib. Bundan əlavə, Təhlükəsiz İnternet Liqası yeni subkulturadan olan yeniyetmələrlə maraqlanır. Həmin qurum artıq "Redan" neonasist hərəkatını qadağan etmək üçün məhkəməyə sorğu göndərib.
İlk dava fevralın 19-da Moskva ticarət mərkəzinin yeməkxanasında baş verib. "Redan" nümayəndələrinin sözlərinə görə, onlara bir qrup yeniyetmə yaxınlaşaraq stulları boşaltmağı tələb edib. Nəticədə kütləvi dava düşüb. Daha sonra gənclər yenidən görüşməyə razılaşıblar. Artıq onlarla münaqişə iştirakçısı saxlanılıb.
"Redan"dan olan yeniyetmələrin uzun tünd saçları var və paltarlarına hörümçək nişanları taxırlar. Onlar "Hunter x Hunter" manqasındakı "Dahi Redan" dəstəsindən ilhamlanıblar.
Gənclərin futbolsevərlərə, Qafqazdan olanlara və miqrantlara qarşı çıxdığı iddia edilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












